?Parabank? ?Uzaqlarımız - Xozbəxtliyimiz!? adlı fotomüsabiqəyə bazlayıb

img

02-09-2011 [03:09]


Azərbaycanın ?Parabank? ASC ?Uşaqlarımız - Xoşbəxtliyimiz!? adlı fotomüsabiqənin səsverməsinə start verib. Bankın baş ofisindən verilən məlumata görə, səsvermə bu ilin sentyabr ayının 26-dək davam edəcək. Müsabiqənin şərtlərinə görə, uşağın şıltaqlığını, dəcəlliyini, şirinliyini və digər maraqlı məqamlarını əks etdirən bir fotoşəkili banka göndərməklə müsabiqəyə qoşulmaq (müsabiqədə 6 yaşa qədər uşaqların şəkilləri iştirak edə bilər) olar. Müsabiqədə iştirak edən şəkillər ?Parabank?ın ?Facebook? səhifəsində yerləşdirilir. Qalib gələn şəkillər toplanmış ?Like? işarələrinin sayına əsasən müəyyənləşdiriləcək. Müsabiqədə qalib gələn fotoşəkildəki uşağın adına I yer üçün 2000 manat, II yer üçün 1000 manat və III yer üçün 500 manat məbləğində əmanət hesabı açılacaq. Qeyd edək ki, şəkillərin qəbulu sentyabr ayının 5-nə kimi davam edəcək. Şəkillər müəllifin adını, soyadını, əlaqə telefonlarını və uşağın adını qeyd edilməklə gunay.shahbazova@parabank.az və ya samir.abdullayev@parabank.az elektron poçt ünvanına göndərilməlidir. Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün hər bir istifadəçi ilk növbədə ?Facebook?da daimi səhifəyə malik olmalıdır. Müsabiqəyə yalnız hər bir iştirakçı müəllif tərəfindən çəkilən real şəkillər buraxılacaq. İnternet və ya digər resurslardan əldə edilən fotoşəkillər müsabiqəyə buraxılmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA