Vergilər Nazirliyindəki izçilərin sayı və yaz həddi məlum olub

img

01-09-2011 [01:51]


Vergilər sistemindı son illər aparılan kadr islahatları çərçivəsində vergi orqanı əməkdaşlarının sayı xeyli azaldılıb. Vergilər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, ölkəmiz MDB, habelə Avropadaxili Vergi Administrasiyaları təşkilatına (İOTA) üzv olan ölkələr arasında vergi orqanı əməkdaşlarının optimal sayına görə (cəmi 2355 nəfər) ən qabaqcıl yerlərdən birini tutur. Məlumatda bildirilir ki, Nazirlik işə qəbul olunanlar arasında gənclərə daha şox üstünlük verir. Həyata keçirilmiş tədbirlər nəticəsində vergi orqanlarında çalışanlar arasında həm gənc, həm orta, həm də daha təcrübəli nəsillərin nümayəndələri arasında optimal balans əldə olunub. Hazırda ölkəmizin vergi orqanı əməkdaşlarının 29,1 faizinin yaşı 30-a qədər, 12,3 faizinin yaşı 30-35 yaş arasında, 9,1 faizinin yaşı 36-40, 11,9 faizinin yaşı 41-45, 14,6 faizinin yaşı 46-50 yaş arasında, 22,9 faizinin yaşı isə 50-dən yuxarıdır. 5 nəfərin yaşı 65-dən çoxdur ki, bu da vergi sistemində çalışanların cəmi 0,2 faizini təşkil edir. Bütövlükdə vergi əməkdaşlarının 77 faizinin yaşı 50-dən aşağıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA