Ətin bahalazması hökuməti də narahat etməyə bazlayıb

img

25-08-2011 [03:32]


Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ətin qiymətinin artmasından çox narahatdır.Bu barədə nazir müavini Bəhram Əliyevin rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir. "2010-cu ildə Azərbaycanda 253,8 min ton diri çəkidə ət istehsal edilib. Bu, ötən illə müqayisədə 7,6 faiz çoxdur. Cari ilin ilk altı ayı ərzində 2010-cu ilin ilk yarısı ilə müqayisədə bu göstərici 5,6 faiz artıb. Buna baxmayaraq, ətin qiymətinin artması ciddi narahatlıq doğurur", - Əliyev bildirib. Onun sözlərinə görə, Bakıda ət satışı üzrə obyektlərin tikilməsi və iri fermer təsərrüfatlarının istifadəsinə verilməsi yaxşı olardı. "Təsərrüfatlar istehsal etdikləri əti bu obyektlərdə satsalar, mənfi halların qarşısı alına bilər", - Əliyev qeyd edib. Onun sözlərinə görə, ölkədə quşçuluq təsərrüfatını sürətlə inkişaf etdirmək lazımdır. "Quş ətinin istehsal həcminin 80 min tona çatıdırılmasında aktual vəzifələrdən biri quş yemlərinin və onun komponentlərinin idxal və istehsal mexanizminin işlənməsidir ki, bu da ərzaq təhlükəsizliyi üzrə dövlət proqramında öz əksini tapıb", - Əliyev əlavə edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə 2011-ci ilin ilk yeddi ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 10,2 faiz, o cümlədən heyvandarlıq məhsulları 4,8 faiz bahalaşıb. Heyvandarlıq sahəsində ilk yeddi ay ərzində 243,3 min ton ət, 941,3 min ton süd, 590,6 milyon ədəd toyuq yumurtası, 14,6 min ton yun istehsal edilib. Ət istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 5,5 faiz, süd 8,4 faiz, yun 6,8 faiz artıb, toyuq yumurtası 16,8 faiz azalıb. Nazir müavininin sözlərinə görə, ərzaq təhlükəsizliyi üzrə dövlət proqramında 2015-ci ilədək ətin istehsal həcminin 340 min tona, südün isə 2,4 milyon tonadək artırılması üzrə məqsədlər müəyyənləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA