?Parabank? ASC ?Qrup rəhbərləri üçün təlim? mövzusunda treninq keçirib

img

25-08-2011 [12:53]


Azərbaycanın ?Parabank? ASC tərəfindən ön ofis bank əməkdaşları üçün ?Qrup rəhbərləri üçün təlim? mövzusunda 8 günlük treninq keçirilib. Bankın baş ofisindən verilən məlumata görə, tədbirdə bankın baş ofisi və filiallarından bank xidmətlərinin satışı üzrə qrup rəhbərləri və qrup rəhbərlərinə namizədlər iştirak ediblər. Təlimdə biznesin təhlilinin aparılması, çarpaz yoxlamanın həyata keçirilməsi, komandanın formalaşması və digər mövzulara toxunulub. Təlimin sonunda 13 nəfər iştirakçılardan 10 nəfəri 70%-dən yuxarı nəticə əldə ediblər. Testlərdən yüksək nəticə toplayan iştirakçılara pul mükafatı da verilib. Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan ?Parabank? ASC 1991-ci ildən fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA