Nazirlik məktəb ləvazimatlarının qiymətlərini qaldıranlara qarzı mübarizəyə bazladı

img

24-08-2011 [02:39]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və Azərbaycanın regionlarında uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətləri ilə bağlı monitorinqlərə başlayıb. Bu barədə nazirliyin məlumatında bildirilir. ?Bu yoxlamaların aparılmasında məqsəd yeni dərs ilinin yaxınlaşması ilə əlaqədar uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətinin süni şəkildə artırılmasının qarşısını almaqdan ibarətdir. Monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək?, - deyə məlumatda vurğulanır. Dövlət Xidməti həmçinin istehlakçıları uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətlərində artım halları ilə qarşılaşdıqda məlumat verməyə çağırır. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əsasnaməsi 26 dekabr 2009-cu ildə Azərbaycan prezidenti tərəfindən təsdiqlənib. (əlaqə telefonu: 498-15-01, 498-15-04).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA