?Bank Standard? yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr üzrə ödənizləri qəbul etməyə bazlayıb

img

16-08-2011 [12:27]


Mərkəzi Bank tərəfindən tətbiq olunan və ?Bank Standard?ın da daxil olduğu Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənişlərini qəbul etməyə başlayıb. Ödənişlər həm nağd şəkildə bütün ?Bank Standard? filiallarında, həm də bankın internet saytında kart vasitəsilə ?online? rejimində aparıla bilər. Yeni ödəniş üsulu cərimələndirilmiş sürücülərin vaxtına xeyli qənaət edəcək. Belə ki, yeni üsul ödəniş qəbzini DYP-nə təqdim etmək zəruriyyətini aradan qaldırır. İstər bankda, istərsə internet vasitəsilə aparılan ödəniş haqda məlumat qısa müddət ərzində DİN Baş Dövlət Yol Polisi İdarəsinin məlumat bazasına ötürülür. Digər tərəfdən yeni ödəniş üsulu sürücülərə cərimələri vaxtında (ən azı 3 gün ərzində) ödəməyə şərait yaratmaqla, onlara qanunla nəzərdə tutulan 10%-lik endirimdən yararlanmağa imkan verəcək. Cəriməni ?Bank Standard?ın filiallarında ödəmək üçün sürücülük vəsiqəsinin seriyası və nömrəsi, həmçinin qayda pozuntusuna görə tərtib olunmuş protokolun nömrəsi təqdim edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA