300 kq saxlama müddəti ötmüz ərzaq məhsulları azkarlanıb

img

08-08-2011 [10:34]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində N.İsmayılov küçəsi,28A ünvanında Ruslan Əhmədova məxsus marketdə, N.İsmayılov küçəsi,2 ünvanında Elçin Novruzova məxsus marketdə, N.İsmayılov küçəsi,2 ünvanında Miryaqub Cəfərova məxsus marketdə, N.İsmayılov küçəsi,57 yerləşən ?Fidan? marketdə, Sülh küçəsi,2/7 ünvanında Hümbət Süleymanova məxsus marketdə, Binəqədi rayonunun M.Cəlal küçəsində Mərahim Zaidova məxsus marketdə, ?Cavid? marketdə, Niyaməddin Səfərova məxsus marketdə, Zaur Vəliyevə məxsus marketdə, Tovuz rayonunda bazar daxilində yerləşən Elxan Həsənova məxsus mağazada, Balakən rayonunda S.Gözəlov küçəsində Nizami Bayramova məxsus mağazada, Salyan rayonunda Ələt-Astara yolunda İsmayıl Ağalarova məxsus mağazada, Bakı-Astara yolunda Anar Cəfərova məxsus mağazada, Gədəbəy rayonunda S.Vurğun küçəsində Vidadi Rüstəmova və Sabir Hüseynova məxsus mağazalarda ümumi çəkisi 300 kiloqramdan çox saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA