Əmək pensiyası alanların yeni statistikası açıqlandı

img

08-08-2011 [02:02]


Azərbaycanda 1 iyul 2011-ci il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 280 788 nəfər təşkil edir. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, cəmi əmək pensiyası alan şəxslərin 38, 9 faizi kişi, 61,1 faizi isə qadındır. Onlardan 63,9 faizi yaşa görə, 25,7 faizi əlilliyə görə, 10,4 faizi isə ailə başçısının itirilməsinə görə pensiya alır. Bu ilin 6 ayı ərzində yeni təyin olunmuş əmək pensiyalarının orta aylıq məbləği 160 manat təşkil edib. Qeyd edək ki, əmək pensiyası ? ?Əmək pensiyaları haqqında? Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü vardır:- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA