flydubai zirkəti səyahətçilərə Ramazan ayında hədiyyə etdi

img

04-08-2011 [12:14]


Dubayın qənaətcil flydubai aviaşirkəti cəmi bir il ərzində hava donanmasını ikiqat artırıb. Yeni, dəyəri 80 mln. ABŞ dolları olan Boeing 737-800 NG təyyarəsi artıq şirkətin sərəncamındadır. Bu Farnboro aviasərgisində flydubai-ın 50 ədəd təyyarə sifarişi çərçivəsində baş tutmuşdur və Dubayın ilk qənaətcil aviaşirkətinın inkişafında növbəti mərhələdir. Hadisəni şərh edən flydubaı şirkətinin başçısı Qeyt Əl Qeyt demişdir: ?Biz dünyanın ən sürətlə inkişaf edən hava nəqliyyatıyıq. Daim genişlənən gənc hava donanmamız uğurlarımıza əhəmiyyətli töhfə verməkdədir. Sayı 18-ə çatdırdığımız Boeing 737-800 NG təyyarələrimiz Fars Körfəzi, Yaxın Şərq, Şimalı Afrika, Asiya və Avropa istiqamətlərində yüksək keyfiyyətli və əlverişli xidmət göstərirlər. Yeni təyyarə dərhal və vaxtında istismara buraxılıb: sentyabr ayında MDB ölkələrinə yeni marşrutların açılması və qarşıdan gələn müsəlmanların müqəddəs Ramazan bayramı ərəfəsində?. Bu flydubai hava donanmasının sayca 11-ci təyyarəsidir ki, göyərtəsində yeni Boeing Sky Interior və Lumexis-dən Fibre-To-The-Screen müasir əyləncə sistemləri ilə təchiz olunub. Yeni təyyarə Goodrich Corporation-in DURACARB karbon tormozları və yanacağın səmərəli istifadəsini nəzərdə tutan, tullamaların həcmini azaldan, qənaətcil Zonal Drying sisteminə malikdir. flydubaı 2009-cu ilin iyununda Dubay-Beyrut reysi ilə fəaliyyətə başlayıb. Aviaşirkət artıq uçuş marşrutlarının sayını, Azərbaycanda daxil olmaqla, 38-ə çatdırıb. Flydubai şirkətinin modeli sadədir, müştərilər yalnız almaq istədikləri xidmətlərə görə pul ödəyirlər. Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edir. Misal üçün, çəkisi 20 kiloya qədər olan baqaj yükünün qiyməti 15 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 10 ABŞ dolları ödəmək lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA