iyulda Azərbaycandan 2 milyon 383 min 471 ton xam neft ixrac olunub

img

02-08-2011 [03:17]


2011-ci ilin iyul ayında Novorossiysk limanından 85 min 646 ton xam neft ixrac edilib. Bu barədə Dövlət Neft Şirkətindən məlumat verilib. Məlumatda bildirilir ki, Supsa limanından 80 min 812 ton, Ceyhan limanından 2 milyon 217 min 13 ton neft ixrac olunub. Ümümilikdə, yanvar-iyun ayları ərzində Novorossiysk limanından 1 milyon 169 min 513 ton, Supsa limanından 1 milyon 508 min 247 ton, Ceyhan limanından isə 14 milyon 132 min 184 ton xam neft ixrac edilib. Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-a məxsus xam neft həcmlərini əks etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA