Daha bir dondurma zirkəti istehsalını dayandırıb

img

01-08-2011 [04:41]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ?S.A.B.A. şirkəti? MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilmədən dondurma istehsal olunması, dondurmanın müvafiq keyfiyyətdə sabit istehsalına şəraitin, habelə bu dondurmaların fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmaması ilə əlaqədar dondurma istehsalı və satışının dayandırılması barədə bu təsərrüfat subyektinə icrası məcburi göstəriş verilib. Bu müəssisədə istehsal edilmiş dondurmaların insanların, xüsusilə də uşaqların sağlamlığı üçün təhlükə mənbəyi olduğunu, həmçinin dondurmanın müvafiq keyfiyyətdə sabit istehsalına şəraitin olmadığını nəzərə alaraq, ?S.A.B.A. şirkəti? MMC-yə dondurma istehsalı üçün verilmiş gigiyenik və uyğunluq sertifikatlarının qanunvericiliyə uyğun ləğv edilməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən müvafiq orqanlar Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA