Parabank lotereya oyununun qalibləri mükafatlandırıldı

img

01-08-2011 [02:35]


Parabank Western Union-la birgə Azərbaycanda ?bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm? adlı milli kampaniyası çərçivəsində birinci lotereya oyununu keçirdi. Beləliklə, 1-ci lotereya oyunu 15 İyun 2011-ci il tarixində Excelsior mehmanxanasında kecirilib. Keçirilən lotereya oyununda 5 hədiyyədən 3-nü Parabankdan Azər Cavadov, Kamin Bağırov və Sadiq Səfiyev müvafiq olaraq Parabank-ın Mərkəzi Aparatında, Gəncə və Bərdə filiallarında Western Union vasitəsilə pul köçürməsi edib, lotereyada iştirak etdilər və kampaniyada qalib qəldilər. Digər qaliblər isə 1 Demirbank 1 Exspressbankın müştəriləri oldu. 1-ci turda qalib gələn iştirakçılara 27 Iyul 2011-ci tarixində Excelsior mehmanasında 1000 Azn məbləğində pul mükafatları təntənəli surətdə təqdim olunmuşdur. Qeyd edək ki, tezliklə ?Bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm? adlı promo-kampaniyası çərçivəsində keçirilən lotereyanın 2-ci turunun qalibləri məlum olacaq. Əlavə məlumat üçün Parabankın 139 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA