?Bank Standard? ən yaxzı maliyyə tərəfdazı adına layiq görülüb

img

01-08-2011 [11:35]


?Ən yaxşı maliyyə tərəfdaşı? fəxri adını ?Bank Standard? kommersiya bankına ölkənin başda gələn özəl şirkətlərindən ?Azercell Telekom? layiq görmüşdür. Həmin fəxri adın şəhadətnaməsi və xatirə medalı bankın nümayəndələrinə ?Azercell? tərəfindən iyun ayının 26-da ?Buta Palace?da keçirilən ?Info Day? tədbiri zamanı təqdim olunmuşdur. Son 5 il ərzində ?Bank Standard? özünün ən iri korporativ müştərilərindən biri ?Azercell Telekom? şirkəti ilə fəal əməkdaşlıq edir. Həmin müddət ərzində bank ?Azercell? ilə mövcud əməkdaşlığı daim genişləndirir, göstərdiyi xidmətlərin çeşidini artırır. Qeyd edək ki, ?Ən yaxşı maliyyə tərəfdaşı? adı, habelə ?Azercell? tərəfindən təsis olunmuş bir sıra digər fəxri adlar ilk dəfədir ki, təqdim olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA