Bakı zəhər yerli icra hakimiyyəti orqanlarının əməkdazları üçün təlim keçirilib

img

27-07-2011 [04:20]


Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Bakı şəhər yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün təlim keçirib. ?Dövlət qulluqçularının etik davranış qaydaları haqqında? Azərbaycan Respublikası Qanununa əsasən Komissiya etik davranış qaydaları ilə bağlı maarifləndirməsinə xidmət edən tədbirlər çərçivəsində həyata keçirilib. Təlimlər Bakı şəhər yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün etik davranış qaydaları və etik müvəkkilin fəaliyyəti, dövlət qulluğu vəzifələrinin tutulması qaydası və dövlət qulluqçularının vəzifə təlimatlarına həsr olunub. Komissiya Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə həyata keçirilən təlimlərin əsas məqsədi hər bir vəzifəli şəxs və dövlət qulluqçusunun vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməsi, dövlət orqanlarında korrupsiyanın, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması sahəsində maarifləndirmədən ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA