Həsrət Rüstəmov ?Toyota? avtomobil zirkətinin menenceri ilə görüzüb

img

27-07-2011 [01:14]


Yaponiyanın məşhur ?Toyota? avtomobil şirkətinin Bakıdakı satış mərkəzində, şirkətin menenceri Rüfət Bağırovun dəvəti ilə ?Sağlam həyata doğru? EİB sədri Sadiq Həsənov və təşkilatın sədr müavini Həsrət Rüstəmovla görüş keçirilib. Görüşdə ?Toyota? şirkətinin təmsilçisi şirkətin satışa çıxarılan ekoloji cəhətdən təmiz avtomobilləri barədə məlumat verib, həmçinin yeni istehsal olunan və satışa çıxarılan hibrid tipli avtomobili ilə təşkilatın nümayəndələrini tanış edib. Görüş zamanı həm də əməkdaşlıq məsələləri müzakirə olunub və gələcəkdə ətraf mühitin mühafizəsi və bu baxımdan yüksək standartlara cavab verən avtomobillərin təbliğində qarşılıqlı faydalı əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA