Azərbaycanda 728,7 milyon manat büdcə profisiti yaranıb

img

26-07-2011 [11:16]


Bu ilin 6 ayında dövlət büdcəsinin mədaxili 5610,8 milyon manat, xərcləri 4882,1 milyon manat olub. Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 728,7 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Bu ilin 6 ayında dövlət büdcəsinin mədaxil proqnozu 110,9 faiz yerinə yetirilib ki, bu da proqnoza nisbətən 552,6 milyon manat, 2010-cu ilin eyni dövrü ilə müqayisədə isə 688,1 milyon manat və ya 14,0 faiz çoxdur. Bu ilin 6 ayı ərzində Vergilər Nazirliyi tərəfindən proqnoza 125,3 faiz əməl edilməklə büdcəyə 2562,9 milyon manat və yaxud 517,2 milyon manat çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 559,1 milyon manat və ya 27,9 faiz çox vəsait təmin edilib. Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,1 faiz əməl olunmaqla, büdcəyə 542,4 milyon manat və ya proqnoza nisbətən 0,8 milyon manat çox vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91,8 milyon manat və ya 20,4 faiz çoxdur. Dövlət Neft Fondundan büdcəyə 2461,0 milyon manat vəsait transfert edilib. Sair daxilolmalar üzrə büdcəyə 44,5 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 34,6 milyon manat və ya 4,5 dəfə, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 milyon manat və ya 3,3 dəfə çox olub. Hesabat dövründə dövlət büdcəsinin xərcləri 94,8 faiz və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 605,4 milyon manat və ya 14,2 faiz çox icra edilib. 2011-ci ilin 6 ayında cari xərclərə dövlət büdcəsi xərclərinin 62,6 faizi həcmində və ya 3058,3 milyon manat vəsait sərf edilib ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 239,0 milyon manat və ya 8,5 faiz çoxdur. Əsaslı xərclərə 1775,2 milyon manat və ya dövlət büdcəsi xərclərinin 36,4 faizi həcmində vəsait yönəldilib ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 357,7 milyon manat və ya 25,2 faiz çoxdur. Həmin vəsaitin 1348,0 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinə, 427,2 milyon manatı isə büdcə təşkilatlarına əsas vəsaitlərin alınması xərclərinə sərf edilib. Dövlət borclarına xidmətlə bağlı xərclərə dövlət büdcəsi xərclərinin 1,0 faizi həcmində və ya 48,6 milyon manat vəsait istifadə olunub ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon manat və ya 21,8 faiz çoxdur. İqtisadi təsnifata uyğun olaraq cari ilin 6 ayı ərzində dövlət büdcəsinə daxil olan vəsaitin 38,4 faizi və ya 1,9 milyard manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 199,0 milyon manat və ya 11,9 faiz çox olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 2011-ci ilin 6 ayı ərzində dövlət büdcəsi xərclərindən fuksional təsnifata uyğun olaraq kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 31,0 milyon manat və ya 22,0 faiz, səhiyyə xərclərinə 34,4 milyon manat və ya 21,2 faiz, nəqliyyat və rabitə xərclərinə 3,2 milyon manat və ya 15,2 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 62,1 milyon manat və ya 10,2 faiz, təhsil xərclərinə 50,9 milyon manat və ya 9,9 faiz, iqtisadi fəaliyyət xərclərinə 5,3 milyon manat və ya 7,8 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 5,2 milyon manat və ya 7,5 faiz, mənzil və kommunal təsərrüfatı xərclərinə 5,8 milyon manat və ya 6,7 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 11,5 milyon manat və ya 4,1 faiz, ümumi dövlət xidmətlərinə 9,2 milyon manat və ya 2,5 faiz çox vəsait yönəldilib. Bu ilin 6 ayında istifadə olunan 1348 milyon manat dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidənqurulmasına 217,9 milyon manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidənqurulmasına və müvafiq avadanlıqların alınmasına 1130,1 milyon manat vəsait yönəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA