1297 nəfər əcnəbi DSMF-də qeydiyyata götürülüb

img

25-07-2011 [05:30]


Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12,8 faiz artıb. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, belə ki, cari ilin ilk yarısında DSMF tərəfindən əlavə olaraq 1297 nəfər əcnəbi vətəndaş qeydiyyata götürülüb. Beləliklə, 2011-cu il iyulun 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 11 409 nəfərə yüksəlib. Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında əvvəlki hesabat dövrlərində olduğu kimi ?ürkiyə vətəndaşları çoxluq təşkil edir - 6627 nəfər. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1420 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə hazırda 597 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (378 nəfər), Hindistan (271), Çin Xalq Respublikası (232), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (136), Özbəkistan (131), Pakistan İslam Respublikası (97), Almaniya (91), Ukrayna (90), Malayziya (80), Türkmənistan (72), Qazaxıstan (66 ), ABŞ (61 ) və s. ölkələr gəlir. Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA