Azərbaycan Mərkəzi Bankı 2011-2014-cü illər üçün Strateji Planı təsdiq edib

img

21-07-2011 [04:20]


Azərbaycan Mərkəzi Bankı 2011-2014-cü illər üçün Strateji Plan qəbul edib. AMB-dən verilən məlumata görə, mərkəzi bankın sədri Elman Rüstəmovun iştirakı ilə Strateji Planın AMB-nin əməkdaşları üçün geniş təqdimatı keçirilib. Təqdimatda qeyd edilib ki, AMB-nin indiyə qədər əldə etdiyi uğurlarda və onun institusional potensialının inkişafında strateji planlaşdırma mühüm rol oynayıb. Bankda müasir idarəetmə sistemi və ənənələri formalaşıb, bütün funksional fəaliyyət istiqamətlərində müvafiq biznes prosesləri, yaradıcı və intellektual iş mühiti yaradılıb, peşəkar bacarıqlara malik kadrlar hazırlanıb. Son illər ölkədə yüksək iqtisadi inkişaf dinamikası, maliyyə sisteminin sürətlə böyüməsi, dəyişən və mürəkkəbləşən qlobal iqtisadi mühit bank qarşısında yeni çağırışlar formalaşdırır. Məhz bu yeni çağırışların effektiv cavablandırılması üçün bank bir sıra istiqamətlərdə - makroiqtisadi sabitliyin, bank sistemində maliyyə sabitliyinin qorunması, əsas missiyaya xidmət edən funksiyaların əsaslı müasirləşdirilməsi, institusional idarəetmənin ən müasir praktikaya uyğunlaşdırılması, insan kapitalının inkişafı, iqtisadi inkişafa dəstəyin artırılması istiqamətlərində yeni strateji fəaliyyət prioritetləri müəyyən edib. Strateji Plan 2011-2014-cü illər üçün bankın qarşısına doqquz strateji hədəf qoyur və həmin hədəflər AMB-nin ölkədə makro-iqtisadi sabitliyi və davamlı iqtisadi inkişafı dəstəkləyən mühüm dövlət institutuna çevrilməsinə imkan yaradacaq.[center][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA