Azərbaycanda zəkər bahalazıb

img

20-07-2011 [05:06]


Son vaxtlar paytaxt dükanlarında və topdansatış məntəqələrində qəndin və şəkər tozunun qiyməti 5-15 faiz artıb. Qiymət artımının davam edəcəyini istisna etməyən ekspertlər bunu dünya bazarında şəkərin qiymətinin artması ilə izah edir. Məlum olub ki, şəkər və şəkər tozunun pərakəndə satış qiyməti 5-10 qəpik artıb. Satıcı Aqil Məmmədov deyir ki, şəkər tozunu 1,05 manata satılırdı, indi qiymət 1,10 manat olub. Onun sözlərinə görə, qənd 1,10 manata satılırdı, indi isə onun qiyməti 1,20 manatdır. Satıcılar bu artımın özlərindən asılı olmadığını, topdansatış firmalarının və istehsalçıların qiyməti artırdığını deyir. Satıcılar bildirir ki, qiyməti firmalar yerində qaldırır: ?Məsələn, qiymət 5 qəpik qalxırsa, biz də o 5 qəpiyi malın üstünə qoyuruq. Faizimiz var, üstə qoyub qaldırırıq?. Ekspertlər isə hesab edir ki, şəkərin qiymətinin artması dünya bazarındakı vəziyyətlə bağlıdır. Belə ki, son günlər dünya birjalarında şəkərin qiyməti qalxıb. İyun ayı ərzində şəkərin qiyməti may ayına nisbətən 14 faiz bahalaşıb və bu tendensiya iyul ayında da davam edir. İndi dünya bazarlarında şəkərin 1 futu 22 sentə satılır. Bahalaşmanın əsas səbəbi kimi isə dünya bazarında şəkərin əsasən dollarla alınıb-satılması ,ardıcıl olaraq dolların ucuzlaşması göstərilir. [center][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA