flydubai Dəmmam zəhərinə ilk reysini həyata keçirdi

img

19-07-2011 [03:36]


flydubai Səudiyyə Ərəbistanın iri neft mərkəzi olan Dəmmam şəhərinə uçuşlara başladı. Dubaydan yola düşən FZ863 nömrəli reys Dəmmamın ?Kral Fəxd? beynəlxalq hava limanında yerə endi. Daim artan biznes-əlaqələrə dəstək verəcək yeni gündəlik reys, ticarət mübadilələri ildən ilə böyüyən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək. flydubai şirkətinin Baş meneceri Qeyt Əl Qeyt yeni istiqamətin açılışını şərh edərkən demişdir: ?Turizm sahəsinin inkişafı Səudiyyə Ərəbistanı hökumətinin əsas prioritetlərindən biri olaraq, ölkənin qeyri-neft sektorunun artırılması və iqtisadiyyatın təkmilləşdirilməsini təmin edir. Bu marşrutun açılması ilə biz ölkələrimiz arasında ikitərəfli ticarət münasibətlərinin daha da möhkəmlənməsinə və yeni sahələrdə tərəfdaşlığımızın inkişafına nail olmağımıza ümid edirik?. 2010-cu ildə Ərəb ölkələri əməkdaşlıq Şurası çərçivəsində Səudiyyə Ərəbistanı BƏƏ-nin əsas ticarət tərəfdaşı olmuşdur. İki dövlət arasındakı ticarət həcmi 21,1 mlrd. dirxəm (6,09 mlrd ABŞ dolları) təşkil etmişdir. Geniş daxili, beynəlxalq-dini və biznes turizmin vüsət alması nəticəsində Səudiyyə Ərəbistanı regionun ən sürətlə inkişaf edən turizm məkanına çevrilib. 2015-ci ilə qədər ölkəni ziyarət edən turistlərin sayının ildə 6,7% artırılması gözlənilir. Yaxın dörd ildə Səudiyyə Ərəbistanını indikindən 10 mln. çox turist ziyarət edəcək. Dubay - Dəmmam reysinə biletləri www.flydubai.com internet saytı, +9714 301 0800 nömrəli telefona zəng edərək və turizm şirkətləri vasitəsi ilə əldə etmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA