?Bazak-inam Sığorta Şirkəti? ASC kənd təsərrüfatını prioritet sahə olaraq müəyyənləzdirib

img

18-07-2011 [01:49]


?Başak-İnam Sığorta Şirkəti? ASC kənd təsərrüfatı məhsullarının sığortası sahəsində yaxın perspektivdə bazarın lideri olmağı qarşısına məqsəd olaraq qoymuşdur. Bu fikri müsahibəsində Şirkətin İdarə Heyətinin sədri Orxan Həsənov qeyd etmişdir. ?Bizcə aqrar sektorda son illərdə yaşanan inkişaf sığortaçılıq baxımından da ciddi bir potensial yaratmışdır. ?Başak-İnam Sığorta Şirkəti? olaraq bu potensialı dəyərləndirmək istəyirik. Düzdür biz əvvəllər də bu sektora sığorta məhsullarımızı təklif edirdik. Lakin bazar o zaman buna maddi-texniki baxımdan tam hazır deyildi. Artıq şərtlər dəyişib. Aqrar istehsalçıların gəlirləri artıb. Sığortanın faydaları mövzusunda daha maariflidirlər. Eyni zamanda biz də Şirkət olaraq, dünyada kənd təsərrüfatı məhsullarının sığortasında lider olan Groupama ilə təkrarsığorta müqaviləsi imzalamışıq. Bu da bizə Azərbaycanda kənd təsərrüfatında kütləviləşmə imkanı yaradır.? Orxan Həsənov sığortaçılıq fəaliyyətinin genişlənməsinin aqrar istehsalçılar üçün ciddi bir yük yaratmayacağını qeyd edir. Belə ki, ?bitkiçilik məhsullarının bir qisminin sığortalanması zamanı sığorta haqqlarının yarısı dövlət büdcəsi hesabına qarşılanır. Həmçinin bu siyahıya ev heyvanlarının da daxil edilməsi gündəmdədir.? Orxan Həsənov aqrar sığortaçılığın banklara da faydalı olacağı qənaətindədir. Çünkü ?aqrar sığortaçılıq kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının fermerlərə verdikləri kreditlərin zamanında qaytarılmama ehtimalını azaldacaqdır. Bu isə, kredit təşkilatlarının kreditlər üçün tələb etdiyi faiz dərəcələrini aşağı sala bilər. Dolayısilə, kredit faizlərinin aşağı düşməsi aqrar istehsalçılar üçün sığortaya ayıra biləcəkləri əlavə vəsait yaradacaqdır. Hazırda ölkədə problemli kreditlərin bankların ümumi kredit portfeli içindəki həcmi 6,5%-dir. Bu vəziyyət kredit faizlərini 7-8% bahalaşdırmaqdadır. Yəni sığorta kredit faizlərini bu həddə qədər ucuzlaşdırma potensialına sahibdir.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA