iqtisadi inkizaf Nazirliyində kollegiya iclası

img

15-07-2011 [11:45]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyində (İİN) Nazirlər Kabinetinin 2011-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı geniş kollegiya iclası keçirilib. Nazirlikdən verilən məlumata görə, İİN-in struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2011-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən makroiqtisadi sabitliyin təmin edilməsi, büdcə xərclərinin tam icrası, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, Azərbaycanın tranzit potensialının artırılmasına yönəlmiş mühüm layihələrin icrasının, sənayeləşmənin sürətləndirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması, ərzaq təhlükəsizliyinin tam təmin olunması, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi və digər sahələrdə konkret tapşırıqların verildiyini vurğulayıb. Ş.Mustafayev Nazirlər Kabinetinin 2011-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan prezidentinin irəli sürdüyü vəzifələrə uyğun olaraq İİN-in səlahiyyətləri çərçivəsində makroiqtisadi sabitliyin qorunması tədbirlərinin davam etdirilməsi, bu məqsədlə mütəmadi olaraq təhlillərin aparılması və zəruri hallarda təkliflərin hazırlanması, sənaye şəhərciklərinin, iri taxılçılıq təsərrüfatlarının yaradılması, Bakı şəhərində və onun qəsəbələrində sahibkarlığın inkişafına dövlət maliyyə dəstəyinin gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib. İclasda yerli istehsalın stimullaşdırılması məqsədilə tədbirlərin təşkil edilməsi, yerli məhsuldan istifadə imkanlarının daha da artırılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar müəyyənləşdirilib. Kollegiya iclasında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehlakçıların hüquqlarının qorunması, istehlak bazarına dövlət nəzarət tədbirlərinin gücləndirilməsi tapşırılıb. İclasda həmçinin İİN-də informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin davam etdirilməsi, sertifikatların və lisenziyaların onlayn rejimdə verilməsinin təşkili üçün müvafiq tapşırıqlar verilib. Kollegiya iclasında dövlət başçısının çıxışından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması barədə qərar qəbul edilib. İclasda İİN-in bir sıra struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri 2011-ci ilin I yarısında görülən işlər barədə hesabat verib və cari məsələlər müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA