Azərbaycanda da qızıl bahalazdı

img

14-07-2011 [02:14]


Dünyada qızılın qiymətində tarixi rekord qeydə alınıb. ?Bloomberg?in verdiyi məlumata görə, Nyu-York birjasında qızılın 1 unsiyası, yəni 33,3 qramı 1579,1 dollara satılıb. Şanxay birjasında isə bu gün səhər saatlarında 1 qram qızıl 50,4 dollara təklif olunub. Dünya bazarında qızılın qiymətinin artması Azərbaycana da öz təsirini göstərib. ANS-in Moskva Univermağında apardığı araşdırma nəticəsində məlum olub ki, 1 qram qızılın qiyməti 30-50 manat arasında dəyişir. Satıcı Məmməd Rəhimov da qızılın qiymətinin 5-6 manat bahalaşdığını bildirib. Satıcının sözlərinə görə, bu rəqəm son 20 ildə mütləq rekorddur. Alıcı Nargilə Məmmədova isə xeyir iş üçün qızıl almaq istədiyini ancaq qiymətlərin bahalığı ucbatından istədiyi qızıl ala bilmədiyini qeyd edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA