Flydubai-ın biletlərini asan yolla əldə etmək mümkün olacaq

img

12-07-2011 [02:14]


Flydubai və Sabre Travel Network şirkəti biletlərin bronlaşdırılması haqqında uzunmüddətli saziş imzalayıblar. RED Communications Agentliyindən verilən məlumata görə, yaxın zamanlarda flydubai aviaşirkətinin reyslərinə biletləri, Sabre bronlaşdırma sisteminə qoşulan, dünyanın 350 000 -dən artıq turizm agentliklərindən əldə etmək olacaq. Eyni zamanda, flydubai aviaşirkəti hava limanlarına texnologiya təchizatı sahəsində aparıcı Sabre Airline Solutions şirkəti tərəfindən işlənib hazırlanmış, reyslərin planlaşdırılması üçün texnologiya həllərinin istifadəsi haqqında sazişə imza atıb. Sabre Airline Solutions sistemləri sayəsində aviaşirkət hava donanmasının istifadəsini daha da təkmilləşdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA