Yanacaqdoldurma məntəqələrinə kassa aparatları qoyulacaq

img

11-07-2011 [07:48]


Nazirlər Kabineti Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında qərar verib. MİA Nazirlər Kabinetinə istinadən bildirir ki, Baş nazir Artur Rasizadənin 11 iyul 2011 tarixli qərarına əsasən, nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına tapşırılıb ki, yanacaqdoldurma məntəqələrində tətbiq olunması üçün xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilən, o cümlədən çek verilmədən neft məhsullarının və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edən nəzarət-kassa aparatlarının Dövlət reyestrinə daxil edilməsini təmin etsin. ?Müəyyən edilsin ki, bu qərar qüvvəyə minənədək yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatları 2012-ci il yanvarın 1-dək onların istehlakçıları tərəfindən Dövlət reyestrinə daxil edilmiş yeni nəzarət-kassa aparatları ilə əvəz olunur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yanacaqdoldurma məntəqələrində yalnız bu qərarın 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla, Dövlət reyestrinə daxil edilmiş nəzarət-kassa aparatlarının tətbiqini təmin etsin?-deyə qərarda bildirilir. Qərar imzalandığı gündən qüvvəyə minib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA