Azərbaycanda fərdi zəxsi hesabı olan sığorta olunanların sayı 1 898 462 nəfərə çatıb

img

11-07-2011 [01:09]


Bu ilin əvvəli ilə müqayisədə Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığorta olunanların sayı 5,44 faiz artıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, cari ilin 6 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 98 010 vətəndaşa sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə iyul ayının 1-nə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığorta olunanların sayı 1 898 462 nəfərə çatıb. Sığorta olunanların 55,8 faizi kişi, 44,2 faizi isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığorta olunanlar üstünlük təşkil edirlər. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığorta olunanların 25 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların 21,7 faizini 30 yaşa kimi vətəndaşlar, 22,6 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21,1 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 9,6 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir. Qeyd edək ki, fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta olunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvarın 1-dən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi şəxsi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA