Ai ekspertləri ?Konstitutiya? Arazdırmalar Fondunda görüz keçiriblər

img

08-07-2011 [06:15]


?Konstitutiya? Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev Qara Dəniz və Xəzər Dənizi Tərəfdaşlıq və Əməkdaşlıq üçün Beynəlxalq Fondunun nümayəndələri ilə görüşüb. Görüşdə Marius Opran (Fondun Brüsseldəki nümayəndəliyinin direktoru, Aİ-nin Avropa iqtisadi və sosial komitəsinin üzvü, Rumıniyanın sabiq dövlət idarəçiliyi və daxili işlər naziri), Brayan Kassidi (Aİ-nin Avropa iqtisadi və sosial komitəsinin daxili bazar, istehsal və istehlak bölməsinin rəhbəri, Avropa Parlamentinin sabiq üzvü), Felicia Skoartsa (Fondun tədqiqatçısı) iştirak edib. Görüş zamanı Fondun nümayəndələrinə Azərbaycanda vətəndaş cəmiyyətinin durumu və QHT-lərin fəaliyyəti barədə məlumat verib. Görüşdə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf xüsusiyyətləri, dövlət orqanları ilə münasibətləri, cəmiyyətdə QHT-lərə olan münasibət, III sektor təmsilçilərinin inkişaf proseslərində yeri və rolu ilə bağlı müzakirələr aparılıb. Ə.Nuriyev bildirib ki, Azərbaycanda vətətndaş cəmiyyəti institutları xüsusən son illər inkişaf proseslərinin önündə gedirlər və cəmiyyət qarşısında duarn aktual probemlərin həllində dövlər orqanlarının əsas tərəfdaşına çevriliblər. Eyni zamanda vətəndaş cəmiyyəti institutları dövlət orqanları ilə cəmiyyətin ayri-ayrı təbəqələri arasında körüpü rolunu oynayırlar, aktul problemləri gündəliyə gətirir və onların həllinə nail olmağa çalışırlar. Həmçinin QHT-lər dövlət orqanlarının fəaliyyəti üzrəinə ictimai nəzarətin həyata keçirilməsində də fəallıq göstərirlər. Avropalı ekspertlər də öz növbəsində vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə bağlı təmsil etdikləri ölkələrin təcrübəsi barədə ətraflı məlumat veriblər. Eyni zamanda qonaqlar ?Konstitusiya? Araşdırmlar Fondu və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin həyata keçirdyi layihələrlə tanış olublar. Görüşdə həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA