Azərbaycan turistləri üçün Kazana və Ufaya hava yolları açıldı

img

06-07-2011 [03:49]


Dünyanın ən sürətlə inkişaf edən qənaətcil flydubai aviaşirkəti Rusiya istiqamətinə Kazan və Ufa şəhərlərini daxil edərək, bu ölkəyə olan şəbəkəsini iki dəfə artırmış oldu. Artıq flydubai Fars körfəzinin, Yaxın Şərqin, Afrika, Asiya və Avropanın 43 istiqamətinə uçuşlar həyata keçirir. Tatarstanın paytaxtı Kazan ? Rusiyanın ən görkəmli iqtisadı, elmi, mədəni, idman və turizm mərkəzlərindən biridir. Qədim tarixə malik olan Kazan turistlər tərəfindən ən çox ziyarət edilən Rusiya şəhərlərindən biridir. Kazan Kremli YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Tatarstanın paytaxtında 2013-cu ildə XXVII Ümumdünya Universiadı, 2018-ci ildə isə futbol üzrə Dünya çempionatının oyunları keçiriləcək. Ufa ? Başqırdıstanın paytaxtı olaraq Rusiyanın ən iri şəhərlərindən biridir. Respublikanın iqtisadiyyatı neft və energetika sahələri üzərində qurulub. Yeni istiqamətlərin açılışını şərh edən flydubai aviaşirkətinin Baş meneceri Qeyt Əl Qeyt demişdir: ?Kazana və Ufaya təşkil olunan uçuşlar Dubayı Rusiyanın iri iqtisadi və sənaye mərkəzləri ilə birləşdirəcək. Məqsədimiz - daim turistlər üçün sərhədləri genişləndirməkdən ibarətdir. Fürsətdən istifadə edərək, marşrutların say artımı ilə bağlı səylərimizə dəstək verən Rusiya hökumətinə minnətdarlığımı bildirirəm?. Birləşmiş Ərəb Əmirlikləri inkişafda olan Rusiya biznesi üçün Şərq və Qərb arasında mükəmməl bir platformaya çevrilir. 2011-ci ilin aprel ayında Dubayın Ticarət və Sahibkarlıq Palatasının nəzdində Rusiya sahibkarlarının Şurası yaradılmışdır. Yeni istiqamətlərin istifadəyə verilməsi nəticəsində flydubai MDB məkanında uçuş şəbəkəsini ona çatdırmış oldu. Dubay Beynəlxalq Hava limanının 2-cı Terminalından Kazana sentyabrın 14-dən, Ufa-ya isə - sentyabrın 17-dən səyahət etmək mümkün olacaq. Azərbaycan iş adamları və turistlərinin nəzərinə! Dubaydan Kazana və Ufa-ya biletləri flydubay-ın Bakı şəhərində fəaliyyət göstərən ofisindən, turizm şirkətlərindən və www.flydubai.com saytı vasitəsi ilə əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA