Azərbaycan-Almaniya biznes forumu açılıb

img

05-07-2011 [06:53]


İyulun 5-də Bakıda Azərbaycan-Almaniya biznes forumu açılıb. Forumda 80-ə yaxın sahibkar iştirak edir. Onlar iqtisadiyyatın müxtəlif sahələrini - kənd təsərrüfatı, yeyinti sənayesi, maşınqayırma, logistika, inşaat və başqa sahələri əhatə edir. İqtisadi İnkişaf Nazirliyinin aparat rəhbəri Samir Vəliyev bildirib ki, Almaniya və Azərbaycan arasında iqtisadi sahədə 29 saziş imzalanıb. Azərbaycanla Almaniya arasında texniki əməkdaşlıq proqramı çərçivəsində Azərbaycana 44 mln. avro ayrılıb. 2011-ci ilin əvvəlində ölkələr arasında əmtəə dövriyyəsi 288 mln. avro təşkil edib. Bütövlükdə Almaniya Azərbaycana 372 mln. avro həcmində kredit verib. Almaniya İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndəsi Marqerit Şteffel deyib ki, əməkdaşlığın inkişafı üçün böyük potensial var. Onun sözlərinə görə, Azərbaycan məhsullarının Almaniyaya ixracında xam neft əsas yer tutur. Əməkdaşlıq dövründə ölkələr arasında əmtəə dövriyyəsi 2 mlrd. avronu keçib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA