Parabank lotoreya oyununun qaliblərini mükafatlandırdı

img

04-07-2011 [03:13]


Parabank Western Union-la birgə Azərbaycanda ??bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm? adlı milli kampaniyası çərçivəsində birinci lotoreya oyununu keçirtdi. Parabank-la birgə bu kampaniyada bankın tərəfdaşları qismində çıxış edən DemirBank, Expressbank, Bank Silk Way, GünayBank və ASB bank iştirak edirlər. Beləliklə, 1-ci lotoreya oyunu 15 İyun 2011-ci il tarixində Excelsior mehmanxanasında kecirilib. Lotoreya oyununda yalnız 15 Aprel ? 31 May tarixləri arasında möhürlənmiş kuponlar oynanıldı. Lotoreya oyunu zamanı 5 hədiyyə oynanıldı. Keçirilən lotoreya oyununda 5 hədiyyədən 3 Parabankdan Azər Cavadov, Kamin Bağırov və Sadiq Səfiyev müvafiq olaraq Parabank-ın Mərkəzi Aparatında, Gəncə və Bərdə filiallarında, 1 Demirbank, 1 Exspressbankda Western Union vasitəsilə pul köçürməsi edib, lotoreyada iştirak etdilər və kampaniyada qalib qəldilər. Qalib qələn iştirakçılara Western Union və adı çəkilən partnyorları tərəfindən 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq. Qeyd etmək istərdik ki, ??bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm? adlı milli kampaniyası 15 aprel-15 iyul 2011-ci il tarixinədək davam edir. Bu kampaniya Western Union sistemi ilə təcili pul köçürmələrindən istifadə edən müştərilər üçün nəzərdə tutulub. Şəhər telefonlarından və mobil operatorlarından 139-a zəng vurmaqla kampaniya və onun şərtləri haqqında əlavə məlumat əldə etmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA