5910 alimin əmək pensiyası artıb

img

04-07-2011 [12:58]


Prezident İlham Əliyev ?Əmək pensiyaları haqqında? Qanunda elmi dərəcəsi olan şəxslərin pensiyalarının artırılmasını nəzərdə tutan dəyişiklikləri təsdiq edib. Dəyişikliyə əsasən, Azərbaycanda elmi dərəcəsi olanların əmək pensiyaları əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, iyulun 1-dən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Bu barədə Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Bildirilib ki, bu artımlar təxminən 5910 nəfərə şamil olunacaq. Onların 1460 nəfəri elmlər doktoru, 4450 nəfəri isə elmlər namizədidir. Qanuna edilən dəyişikilik işləməyən elmlər doktorlarına və elmlər namizədlərinə şamil ediləcək və dəyişikliklərdə nəzərdə tutulan pensiyaların ödənilməsi üçün il ərzində təxminən 10 milyon manat vəsait tələb olunacaq. Qeyd edək ki, iyulun 1-dən ?Əmək pensiyaları haqqında? Qanunda Azərbaycanda 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqlarının yenidən hesablanaraq artırılmasını nəzərdə tutan dəyişikliklərin də tətbiqinə başlanılıb. Bu artımlar təxminən 845 min nəfər əmək pensiyaçısının pensiyasının əsaslı şəkildə artımına gətirib çıxaracaq. Əmək pensiyalarına nəzərdə tutulan bu artımlar cənab İlham Əliyevin insan amilinə, yəni xalqın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş ali siyasətinin reallaşdırılmasına mühüm töhfə verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA