Bank of Baku 600 000-ci istehlak kreditini rəsmiləzdirdi

img

01-07-2011 [03:24]


İyun ayının 28-i Bank of Baku 600 000-ci istehlak kreditini rəsmiləşdirdi. 600 000-ci kredit Bank of Baku-nun ?28 May? filialına müraciət edən Asif Ağamalıyevə verilib. Müştəri A.Ağamalıyevə 2500 AZN məbləğində 24 ay müddətinə komissiya ödənilmədən simvolik olaraq - illik 1% dərəcəsi ilə kredit ayrıldı. Hal-hazırda müştərimiz "Deltacom MMC" şirkətində baş sürücü vəzifəsində çalışır, ailəlidir, bir qız bir oğlu var. Bəxtəvər müştərimiz öz təəssüratları ilə bizimlə bölüşdü: ?Bu, Bank of Baku-da mənim ilk kreditimdir. İş elə gətirib ki, qızımın qarşıdan gələn xeyir işi ilə bağlı müəyyən xərclərimiz var. Buna görə də Bank of Baku-nun xidmətlərindən istifadə etməyə qərar verdim və ?Nağd pul? kreditini almaq üçün banka müraciət etdim. Banka gələndə bankın işçisi mənim kreditimin sayca 600 mininci və uduşlu olduğunu xəbər verdi. Çox sevindim, sözün düzü, bu, mənim üçün çox gözlənilməz oldu, ən əsası isə, bu hədiyyə lap yerinə düşdü! Bundan əvvəl banklara müraciət etməmişəm və demək olar ki, mənim birinci təcrübəm çox uğurlu oldu. Bu gözəl sürprizə görə Bank of Baku-ya öz təşəkkürümü bildirirəm, banka uğurlar arzulayıram, bankın bütün müştərilərinə isə belə bir sevinci yaşamağı arzu edirəm!? Bundan əlavə, faydalı kreditlə bərabər Bank of Baku?nun qalib müştərisinə daha bir hədiyyə - Master Card ?Gold? plastik kartı təqdim olundu. Qeyd edək ki, Bank of Baku hazırda bütün təbəqələri əhatə edən müştərilərinə geniş çeşiddə istehlak, biznes və nağd pul kreditlərini təklif edir. Daim öz müştərilərini düşünərək onların rahatlığı üçün çalışmaqda davam edən bank hazırda təqdim etdiyi layihə və stimullaşdırıcı kampaniyalarının müxtəlifliyi, partnyorlarının sayı və istehlak kreditləri portfelinin həcminə görə Azərbaycanın aparıcı banklarından biridir. Eyni zamanda, müştərilərinə daha da yaxın olmaq məqsədilə Bank of Baku daim məhsul xəttinin və xidmət səviyyəsinin inkişafı üzərində çalışır. Hal-hazırda, Azərbaycan üzrə Bank of Baku-nun 17 filialı fəaliyyət göstərir. Bank of Baku-nun fəaliyyəti və kredit kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən ?Onlayn-məsləhətçi? xidmətinə müraciət edərək əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA