?Bank Standard? bütün təcili pul köçürmə sistemləri ilə əməkdazlıq qurdu

img

01-07-2011 [01:46]


?Bank Standard? Azərbaycanda fəaliyyət göstərən bütün təcili pul köçürmə sistemləri ilə əməkdaşlıq quran ilk bank oldu. Hazırda ?Bank Standard? təcili pul köçürmə xidmətlərini ?Western Union?, ?Xpress Money?, ?Private Money?, ?Faster?, ?Bıstraya Poçta?, ?Contact?, ?Migom?, ?Zolotaya Korona?, ?Blizko?, ?Lider?, ?Avers?, ?Coinstar?, ?Caspian Money Transfer?, ?İnterekspress?, ?Allur?, ?AziyaEkspress? və ?İntel ekspress? sistemləri vasitəsilə göstərir. Bundan sonra təcili pul köçürməsi göndərən və ya alan müştərilər tələb olunan sistemin hansı bankda olub olmadığını öyrənmək üçün vaxt sərf etmədən birbaşa ?Bank Standard?a müraciət edə bilərlər, çünki burada onlara lazım olan sistemi mütləq tapacaqlar. Azərbaycanda fəaliyyət göstərən bütün təcili pul köçürmə sistemlərini tək ünvanda toplayaraq ?Bank Standard? həm pul köçürmə əməliyyatlarının coğrafi əhatə dairəsini genişləndirdi, həm də müştərilərə tam xidmət çeşidi təklif edə bilməyə nail oldu. Adı çəkilən 15 sistemin fəaliyyət zonasına Avropa, Asiya, Avstraliya, Amerika, həmçinin, Yaxın Şərq və Afrika dövlətləri də daxil olmaqla dünyanın 200-dən artıq ölkəsi daxildir. Maksimal seçim imkanı, yüksək rəqabət qabiliyyətli komisyon haqqları, eləcə də bank filiallarının əlverişli yerləşməsi ?Bank Standard?ı təcili pul köçürmələsini həyata keçirmək istəyən müştərilər üçün daha da cəlbedici hala gətirmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA