Antiinhisar Xidməti Azərbaycanın dondurma bazarında monitorinqlər aparır

img

30-06-2011 [11:20]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "RAH-96" firmasına məxsus sexdə apardığı yoxlama zamanı südlü və plombir dondurmaların laborator müayinədən keçirilmədən satıldığı, dondurmaların etiketlərində məhsulun qida və enerji dəyərinin resepturada müəyyən edilmiş həddən artıq göstərildiyi, habelə dondurma istehsalı zamanı təbii süddən istifadə edilmədiyi halda plombir dondurmalarının etiketlərində məhsulun tərkibində təbii südün olmasının göstərildiyi müəyyən edilib. Bundan başqa, yoxlama zamanı plombir dondurmaların resepturasına əsasən, həmin məhsulun istehsalında xammal kimi şokolad, kakao və fıstıq nəzərdə tutulmadığı halda, dondurmaların etiketində məhsulun tərkibində həmin xammalların olduğu, "Solomeya" adlı südlü dondurmanın resepturasında isə məhsulun tərkibində qatılaşdırılmış südün olduğu qeyd edildiyi halda, məhsulun etiketində bu barədə məlumatların göstərilmədiyi müəyyən olunub. Eyni zamanda, müəssisənin anbarında dondurmaların qablaşdırılmasında istifadə olunan, üzərində məhsulun qida və enerji dəyəri resepturada müəyyən edilmiş həddən artıq göstərilmiş falqa örtükləri aşkar edilib. Qanun pozuntuları ilə əlaqədar, südlü və plombir dondurmaların istehsalının, habelə yoxlama zamanı aşkar edilmiş 779 kq dondurmanın satışının dayandırılması barədə müəssisəyə göstəriş verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA