?Flydubai? aviazirkətinin təyyarələrinə tanınmız zirkət texniki xidmət göstərəcək

img

22-06-2011 [03:10]


?Flydubai? aviaşirkəti uçuş heyətinin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə ?GE Aviation? şirkəti ilə 10 il müddətində 109 mühərrikin texniki xidməti və təmiri ilə bağlı saziş imzalayıb. ?Flydubai? aviaşirkətindən verilən məlumata görə, imzalanmış saziş onu göstərir ki, Bakıdan Dubaya uçan təyyarələrin texniki xidməti ilə dünya miqyaslı şirkət məşğul olacaq. Saziş ?Flydubai?ın ?Boeing 737-800 NG? tipli təyyarələrinin təchiz edildiyi hər bir CFM56-7B mühərriki üçün 2 mln. dollar həcmində investisiya yatırımını nəzərdə tutur. Müqavilənin ümumi həcmi isə 300 mln. dollardan artıqdır. Qeyd edək ki, hazırda ?Flydubai? aviaşirkətinin parkında 17 təyyarə mövcuddur. ?Flydubai? şirkəti 2008-ci ilin mart ayında təsis edilib və 2009-cu ilin iyun ayından başlayaraq uçuşları yerinə yetirməyə başlayıb. Hazırda şirkət 33 marşrut üzrə aviareyslər yerinə yetirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA