Parabank-dan Facebook istifadəçilərinə plastik kart hədiyyə

img

21-06-2011 [10:53]


Artıq sosial şəbəkələr gündəlik həyatın bir hissəsinə çevrilmişdir və hər bir təşkilat müasir dövrdə bu cür elektron vasitələrə öz diqqətini ayırmalıdır. Bu baxımdan Parabank müştərilərinə daha da yaxın olmaq və birbaşa ünsiyyət saxlamaq məqsədilə öz rəsmi Facebook səhifəsini yaratmış və buradan müştəriləri bankın məhsul və xidmət çeşidi barədə o cümlədən keçirilən kampaniya və digər layihələr haqda mütəmadi olaraq məlumatlandırır, istifadəçilərinin suallarını cavablandıraraq ikitərəfli münasibət qurmağa çalışır. Parabank-dan daha bir yenilik ondan ibarətdir ki, Parabank-ın rəsmi Facebook səhifəsinə qoşulan hər 100-cü istifadəçi Visa Classic hər 500-cü istifadəçi isə Visa Gold kartını əldə edəcəklər. Bundan əlavə olaraq bu kartların üstünlükləri də, o cümlədən pulsuz Səyahət sığortası, Cash Back Bonus və SMS Xəbərdarlıq kimi xidmətlərindən və kredit xəttindən istifadə imkanı paket şəklində qaliblərə təqdim olunacaq. Qeyd etmək istərdik ki, artıq bir qalibimiz müəyyən olunmuşdur. Artıq bu imkandan istifadə edərək 20 yaşlı tələbə Nail Şükürov Parabankın Visa Gold plastik kartının sahibi olmuşdur. 500-cü istifadəçimiz olan qalib Nail Şükürovu təbrik edir və ona həyatada daha da böyük və dəyərli hədiyyələr qazanmağı arzu edirik. Bundan əlavə bütün Facebook istifadəçilərini bu fürsətdən yaralanmağa və dəyərli hədiyyələr qazanmağa çağırırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA