Bakıda 590 kq saxta ərzaq məhv edilib

img

20-06-2011 [08:09]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Yasamal rayonunda Şərifzadə küçəsində Xuraman İsmayılovaya, Qabil Atakişiyevə, Aqil Quliyevə məxsus mağazalarda, "Vüqar market"də və "İşıqlı market"də, Nərimanov rayonunda Y.V.Çəmənzəminli küçəsində İlqar Rəhimova məxsus mağazada, Xətai rayonunda Nobel prospekti və 7-ci dairəvi küçəsinin kəsişməsində Akay Nəcəfzadəyə məxsus mağazada, H.Aslanov qəsəbəsi, Abbasov küçəsi, 4 ünvanındaSüdabə Ağayarovaya məxsus mağazada, Şirvan şəhərində T.İsmayılov küçəsində Faiq Məmmədova və Taleh Həsənova məxsus mağazalarda, Gəncə şəhərində N.Nərimanov prospekti, 328a ünvanında Nəbi Təhməzova məxsus mağazada, Göygöl rayonunda Zurnabad kəndində Kənan Tarverdiyevə və Pakizə Məsimovaya məxsus mağazalarda, ümumi çəkisi 590 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA