?Bank of Baku? səhiyyə izçiləri üçün yeni aksiyaya keçirir

img

17-06-2011 [05:31]


Azərbaycanın ?Bank of Baku? ASC bu gündən etibarən səhiyyə sahəsində çalışan bütün əməkdaşlar üçün yeni aksiyaya başlayıb. Bankın baş ofisindən verilən məlumata görə, 17 iyun - səhiyyə işçilərinin peşə bayramı ilə əlaqədar bank bütün tibb işçilərinə istehlak və pul kreditlərində 2% endirim elan edib. Bankdan bildirib ki, səhiyyə sahəsində çalışan hər kəs bankın ?Tibb işçiləri üçün layihə?si çərçivəsində endirimlərdən faydalana bilər. Qeyd edək ki, iyul ayının 17-dək davam edəcək kampaniya çərçivəsində tibb işçiləri 5 min manata qədər pul krediti ala bilər. Eyni zamanda, kreditin maksimal məbləği müştərinin bankda olan kredit tarixçəsindən və vəzifəsindən asılı olaraq ekspertin təhlili əsasında müəyyən olunacaq. Xatırladaq ki, ?Bank of Baku? ASC 1994-cü ilin fevral ayında ?Tuqay Bank? adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin ?NAB Dış Ticarət? şirkəti və bir neçə fiziki şəxs çıxış edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA