QHT-lər məcburi auditdən azad olundu

img

16-06-2011 [06:47]


Azərbaycanda qeyri-hökumət təşkilatları (QHT) məcburi auditdən azad olunub. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən verilən məlumata görə, Milli Məclisinin 11 fevral 2011-ci il tarixli iclasında ?Auditor xidməti haqqında? qanuna edilmiş dəyişikliklər nəticəsində məcburi auditdən yayınma ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunub. Bu əlavələrə əsasən, digər hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarına da 500 manatdan 2500 manatadək cərimə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulub. QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərin müstəqil maliyyə mənbələrinə malik olmadığını, onların fəaliyyətinin daha çox könüllülük prinsipinə söykəndiyini, əksər donorlar tərəfindən məcburi audit xərclərinin ödənilmədiyini, eləcə də qeyri-hökumət təşkilatlarının qanunvericiliyin tələblərinə uyğun şəffaflığı təmin etmək məqsədilə aldıqları maliyyə vəsaitlərinə dair müvafiq qurumlara hesabat verdiklərini nəzərə alaraq, bu ilin fevral ayında Azərbaycan Prezidentinin Administrasiyasına, Nazirlər Kabinetinə və Auditorlar Palatasına müraciət edərək, QHT-lərin məcburi auditin obyekti olan təsərrüfat subyektləri siyahısından çıxarılmasını xahiş edib. Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 96 saylı qərarı ilə ?Məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə "Daxili audit haqqında" Azərbaycan Respublikası Qanununun mərhələlərlə tətbiqi müddətləri"nin təsdiq edilməsi barədə? Nazirlər Kabinetinin 5 oktyabr 2007-ci il tarixli 155 nömrəli qərarında dəyişiklik edilib. Dəyişikliklə QHT-ləri məcburi auditə cəlb olunan təsərrüfat subyektləri siyahısından çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA