?Flydubai? aviazirkəti yeni ?Boeing? təyyarəsi alıb

img

16-06-2011 [03:14]


?Flydubai? aviaşirkəti hava donanmasını genişləndirərək təyyarələrin sayını 17-yə çatdırıb. Şirkətdən verilən məlumata görə, dəyəri 80 mln. ABŞ dolları olan yeni ?Boeing 737-NG800? təyyarəsi Yaxın Şərq, Asiya, Afrika və Avropaya istiqamətlənən 36 hava marşrutuna qatılacaq. ABŞ-ın Sietl şəhərindəki təyyarə zavodunda inşa edilmiş ?Boeing 737-NG800? yeni ?Sky Interior? dizaynı və ?Fibre-To-The-Screen? mütərəqqi uçuş sistemi ilə təchiz edilib. Hazırda ?Flydubai?ın donanmasında 10 ədəd bu cür təyyarə mövcuddur. Yeni təyyarə Dubay-Bakı marşrutu üzrə də birbaşa uçuşları yerinə yetirəcək. Qeyd edək ki, ?Flydubai? şirkəti 2008-ci ilin mart ayında təsis edilib və 2009-cu ilin iyun ayından başlayaraq uçuşları yerinə yetirməyə başlayıb. Hazırda şirkət 33 marşrut üzrə aviareyslər yerinə yetirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA