Azərbaycanda ölkədaxili aviareyslərin qiyməti endirilib

img

15-06-2011 [11:23]


?Azərbaycan Hava Yolları? respublikanın vətəndaşları üçün xüsusi güzəştli tariflər tətbiq etməyə başlayıb. Bu barədə məlumat AZAL-ın saytında yer alıb. Məlumatda bildirilir ki, 2011-ci ilin Azərbaycanda ?Turizm ili? elan edilməsi ilə əlaqədar daxili turizmin, eləcə də sanatoriya və istirahət zonalarının inkişaf etdirilməsi məqsədilə milli aviadaşıyıcı güzəştləri öz daxili imkanları hesabına edir. Belə ki, bu gündən dekabrın 31-dək Azərbaycan vətəndaşları Gəncə, Lənkəran və Zaqatala istiqamətlərində aşağıda göstərilən tariflərlə aviabiletlər əldə edə bilər. Bakı-Gəncə/Gəncə-Bakı ? 40 AZN Bakı-Lənkəran/Lənkəran-Bakı ? 25 AZN Bakı-Zaqatala/Zaqatala-Bakı ? 35 AZN

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA