?Bank Standard? öz müztərilərinə 10 ədəd iPhone4 hədiyyə etdi

img

14-06-2011 [03:29]


İyunun 10-da ?Kartla ödə, iPhone qazan!? aksiyası çərçivəsində lotereya tirajı keçirildi. ?Bank Standard?ın baş ofisində müştərilərin iştirakı ilə keçirilən lotereya tirajının qalibiləri Famil Məmmədov, Emin Müsəvi, Ramiz Gözəlov, Ayla Qafarova, Ramil Hüseynov, Aqşin Hacıyev, Çingiz Mehdiyev, Ramil Həsənov, Kamran İsayev, Rəhman Musayev oldular. Onların hər biri qiymətli uduşa, iPhone4 mobil telefonuna sahib oldular. Tiraj DQKK tərəfindən təsdiqlənmiş qaydalara uyğun, müstəqil komissiyanın nəzarəti altında və müştərilərin iştirakı ilə keçirildi. Xatırladaq ki, kampaniya müddəti ərzində kart vasitəsi ilə POS-terminal, ATM, Mobile Banking ya da İnternetdə ödənilən məbləğlərin hər 50 AZN/USD/EUR/GBP kart sahiblərinə bir lotereya şansı verirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA