Azərbaycanda 258 nəfər qidadan zəhərlənib

img

14-06-2011 [03:26]


İlin 5 ay ərzində əhali arasında 258 qida zəhərlənməsi hadisəsi baş verib, 325 nəfər zərərçəkən olub. O cümlədən 17 botulizm hadisəsi baş verib ki, bu zaman 35 nəfər zərərçəkən olub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Respublikanın sanitar-epidemioloji xidmət orqanları tərəfindən bu ilin 5 ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitar norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 225 müəssisənin sahibkarı cərimələnib. 112 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib. Daha 41 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 2650, mikrobioloji göstəricilərinə görə 1409, toksikoloji göstəricilərinə görə 296, radioloji göstəricilərinə görə 61 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 31-də orqanoleptik və fiziki-kimyəvi, 29-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub. Şadlıq evlərindən 5805 yaxma nümunəsi, 81 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 84-də mikrobioloji çirklənmə aşkar edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA