Bank of Baku 1000 manatı qazanan 10-cu nümunəvi müztərisini müəyyən etdi

img

10-06-2011 [02:33]


Bank of Baku ASC 3 iyun 2011-ci il tarixində ?Nümunəvi Müştəri? adlı həvəsləndirici kampaniyasının 10-cu uduşunu keçirdi. Tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda Bank of Baku-da uduş gününədək aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik 75 490 müştərinin xüsusi identifikasiya kodu iştirak edirdi. - Əli bəy, ?Nümunəvi Müştəri? kampaniyasında qalib gəlmisiniz, təbriklərimizi qəbul edin! Bank of Baku-nun 75 490 nümunəvi kredit müştərisinin arasında Siz yeganə müştərisiniz ki, bankdan 1000 manat qazandınız. - Bank of Baku-ya öz təşəkkürümü bildirirəm ki, mənə belə bir sevinc yaşatdı! İlk dəfədir ki, hardasa qalib gəlib pul qazanıram! Hətta, iş yerimdə də bu barədə deyəndə mənə inanmadılar. Xəbəri eşidəndə çox sevindim, əvvəlcə özüm də şübhə ilə yanaşdım, amma yenə də birinci bu sevinci atamla bölüşdüm. Sözün düzü, evdə də Bank of Baku-dan 1000 manat udmağıma inanmadılar. Sonra bankdan hər şeyi dəqiqləşdirib öyrəndim ki, bu, həqiqətdir. - Sizcə, nümunəvi müştəri olmaq çətindir? - Artıq 3 ildir ki, mən Bank of Baku-nun müştərisiyəm, bankdan nağd pul krediti götürmüşəm və hər zaman banka borcumu vaxtından tez ödəməyə çalışıram. Mənə elə gəlir ki, hər şey adamın özündən asılıdır, bu işdə məsulliyyətli olmaq lazımdır. - Sirr deyilsə, uduşu nəyə xərcləyəcəksiniz? - Ailəliyəm, övladlarım kiçikdi hələ, iki qız bir oğlum var. Hal-hazırda ailəm üçün ev tikirəm və Bank of Baku-nun mənə hədiyyə etdiyi 1000 manat lap yerinə düşdü. - Bankımızın digər müştərilərinə nə məsləhət görərdiniz? - Bütün müştərilərə demək istərdim ki, Bank of Baku-nun uduş kampaniyalarına inansınlar və ödənişlərini vaxtında edib çalışsınlar ki, bankın nümunəvi müştərisi olub mükafat qazanmaq imkanını əldə etsinlər. - Bank of Baku-ya arzunuz olacaq? - Bank of Baku-ya uzun ömür arzulayıram! Qoy, hər zaman mənim kimi müştərilər bankın məhsullarından faydalansın. Əsas qalib Əliyev Ə. ilə yanaşı bank 200 AZN qazanan digər 5 qalib-müştərisini də müəyyən etdi: 1) Haqverdiyev N., 2) Fətəliyeva M., 3) Əbilov R., 4) Bavarzad İ., 5) Əlimərdanov N. Xatırladaq ki, ?Nümunəvi Müştəri? kampaniyası 5 avqust 2010 ? 5 avqust 2011-ci il tarixləri arasında keçirilir. Kampaniyanın uduşları hər ayın ilk həftəsinin son iş gününə təsadüf edəcəkdir. Qeyd edək ki, ?Nümunəvi Müştəri? kampaniyası müştərilərin kredit üzrə borclarını vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici bir aksiyadır. Uduş fondunun ümumi məbləği 24 000 AZN təşkil edir. Kampaniya başlanandan bankın artıq 10 Nümunəvi Müştərisinin hər biri 1000 manat, 50 müştərinin hərəsi isə Bank of Baku-dan 200 manat məbləğində pul mükafaı qazanıb. Qeyd edək ki, uduş fondunun ümumi məbləği 24 000 AZN təşkil edir. Bank of Baku-nun kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən ?Onlayn-məsləhətçi? xidmətinə müraciət edərək əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA