Qızıl zirkətində ətraf mühit müzakirələri aparılıb

img

09-06-2011 [05:29]


Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutunun dəstəyi ilə həyata keçirdiyi ?MHŞT Azərbaycan: Təsdiqlənmədən sonrakı inkişaf? layihəsi çərçivəsində həyata keçirdiyi tədbirlər davam edir. Bu layihə çərçivəsində(?Qızıl hasilat sənayesində şəffaflıq təşəbbüsünün tətbiqinin ilkin mərhələsinin monitorinqi və digər qeyri neft-qaz sənayesinin MHŞT-yə qoşulması məsələsinə dair vəkillik?istiqaməti) Koalisiya Şurasının əlaqələndicisi Qubad İbadoğlu, Şura üzvləri Sevil Yüzbaşöva və Oqtay Güləliyev, Koalisiya üzvləri Şamil Mövsümov və Dövlət Məmmədov Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətinin Bakı ofisində şirkətin məsul şəxslərilə görüşüblər. Görüşdə şirkətin Vitse Prezidenti Əbdülcabbar Əhmədov, Geoloji Departamentin rəhbəri Akif İsazadə, Maliyyə işləri üzrə nəzarətçi Bəhruz Rüstəmov, Boliviyadan dəvət olunmuş dayanıqlı inkişaf üzrə manecer Anqel Veqa və digərləri iştirak edib. Beş saat davam edən görüşdə şirkətinin Azərbaycan ərazisində göstərdiyi geoloji-kəşfiyyat işləri ilə bağlı slaydlar nümayiş etdirilib, görülmüş işlər barədə ətraflı məlumat verilib, qızıl istesalına həsr olunmuş film nümüyiş etdirilib. Ətraf mühitin mühafizəsi üzrə menecer bu istiqamətdə şirkətin fəaliyyəti, eləcə də insan sağlamlığının qorunması yönündə görülmüş işlərdən danışıb. Qızılın seonidlə yuyulduğu aşındırma meydançasının hazırlanmış kiçik maketinin ekoloji dayanıqlı olduğunu tedbir iştirakçılarının diqqətinə çatdıran şirkət təmsilçisi işin daha keyfiyyətli təşkil olunması üçün mədənlər ölkəsi olan Boliviyadan mütəxəssis dəvət olunduğunu da qeyd edib. Görüşdə şirkətin məsul şəxsləri koalisiya üzvlərini maraqlandıran sualları da cavablandırıblar. Şirkətin vitse prezidenti MSŞT Koalisiyası ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirib. Bu məqsədlə Koalisiyanın təkliflər hazırlamasına dair ümumi razılıq da əldə olunub. Bundan başqa, Koalisiya üzvlərinin istehsalatla və ətraf mühitin mühafizəsinin necə təşkil olunması ilə yaxından tanış olması məqsədilə iyul ayında Gədəbəyə səfərin təşkil olunması da qərarlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA