?Parabank? ASC bodibildinq yarızının qaliblərini dəyərli hədiyyələrlə təbrik etdi

img

07-06-2011 [06:31]


Şirvan şəhərində Bodibildinq Federasiyası, İdman və Gənclər Nazirliyinin təşkilatçılığı ilə Bodibildinq üzrə Azərbaycan kuboku yarışı keçirilib. Çempionatda bodibildinq üzrə Avropa çempionu, beynəlxalq yarışların mükafatçısı və dəfələrlə respublika çempionu olmuş Vüqar Verdiyev növbəti dəfə Respublika kubokuna yiyələnib. Bakı bodibildinq məktəbinin yetirmələri Raqif Bayramov ikinci, Kənan Nəcəfov üçüncü yerə layiq görülüblər. Parabank ASC qalib gələn idmançılara Vüqar Verdiyevı pul mükafatı, ikinci və üçüncü yerlərə layiq görülən idmançıları isə dəyərli hədiyyələrlə təbrik etmişdir. ?Parabank ASC ailəsi olaraq biz hər zaman idmançılarımızın qələbələrinə sevinirik və onlara dəstək olmaq bizim üçün vacib məsələlərdən biridir.? ? Parabank-ın Biznesin İnkişafı və Marketinq Departamentinin direktoru Fərid Dadaşov qeyd etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA