?Texnikabank? yenilik təqdim etdi

img

07-06-2011 [02:06]


?Texnikabank? ASC geniş spektrdə olan maliyyə xidmətlərinə bir yenisini, ?Forex? xidmətini əlavə edib. Bankın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, bu xidmət müştərilərə Azərbaycanın hər yerindən Beynəlxalq Forex Bazarına qatılmaq, günlük ticarət dövriyyəsi 4 trilyon dollardan çox olan bu maliyyə bazarında ticarət etmək imkanı yaratmaqdadır. Forex Bazarı müxtəlif ölkələrin valyutalarının qarşılıqlı olaraq alınıb-satıldığı Beynəlxalq Maliyyə Bazarıdır. Dünyanın hər yerindən beynəlxalq şirkətlərin, bankların, investisiya fondlarının iştirak etdiyi bu maliyyə bazarında valyutalarla ticarət edilir. Müştəriləri üçün daim açıq və etibarlı bank olan Texnikabank ASC, təqdim etdiyi Texnikabank FX xidməti ilə Azərbaycanın hər yerindən bu bazara qatılmaq, valyutalarla ticarət edərək gəlir qazanmaq imkanı yaradır. Forex Bazarına etibarlı bank vasitəsi ilə qatılmaq üçün Texnikabank FX-də Real Hesab açmaq kifayətdir. Real Hesab Beynəlxalq Forex Bazarına qatılmaq üçün ticarət hesabıdır. Forex Bazarında ticarət fəaliyyəti Texnibank FX tərəfindən təqdim edilən ticarət terminalı vasitəsi ilə həyata keçirilməkdədir. İstifadəsi sadə olan ticarət terminalı zəngin texniki analiz imkanları, dərhal ticarət və gözləmə əmirləri, qaynar xəbərlər və başqa üstünlükləri ilə birja iştirakçılarının sərmayələrini idarə etməkdə ən yaxın tərəfdaşı olacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA