Saxlama müddəti ötmüz 220 kq ərzaq malları satızdan çıxarılaraq məhv edilib

img

06-06-2011 [04:57]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda H.Seyidzadə küçəsi, ev 35 mənzil 1 ünvanında Vüqar Ağayevə məxsus mağazada, A.Mustafayev küçəsi, ev 15, mənzil 2 ünvanında Xəqani Hüseynova məxsus mağazada, Binəqədi rayonunda Ə.Rəcəbli prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsində Fəxrəddin Yunisova məxsus mağazada, 8-ci mikrorayon, ev 23 ünvanında Sərxan Quliyevə məxsus mağazada, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi, ev 74 ünvanında Xəqani Quliyevə məxsus mağazada, A.Zeynallı küçəsi, ev 55 ünvanında yerləşən ?Palma market?də, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllədə Nailə Quliyevaya məxsus mağazada, Nizami rayonunda Nəsimi küçəsi, ev 16, mənzil 7 ünvanında yerləşən ?Araz market?də, Şəmkir rayonunda 20 Yanvar küçəsində Feyruz İbrahimova məxsus mağazada, Qazax rayonunda H.Əliyev prospektində Qasım Qasımova məxsus mağazada, Şabran rayonunda M.Ə.Rəsulzadə küçəsində Müşfiq Qasımova məxsus mağazada, Hacıqabul rayonunda M.Əsədov küçəsində Dünyamin Əhmədova məxsus mağazada, Ağdam rayonunda Quzanlı qəsəbəsi, H.Əliyev prospektində Sahib Qasımova məxsus mağazada, Samux rayonunda Əliuşağı kəndində Rəna Quliyevaya məxsus mağazada, ümumi çəkisi 220 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA