Bank of Baku-nun ?Azneft? filiali 9 yazını qeyd edir

img

06-06-2011 [12:46]


Bank of Baku 2011-ci ildə ?Azneft? filialının fəaliyyətinin 9 ilini qeyd edir. ?Azneft? filialı 1 iyun 2002-ci ildə yaradılıb. Bu dövr ərzində müştərilərinə bütün bank xədmətlərini yüksək səviyyədə təqdim edən filial böyük nəticələrə nail olub. Filialın yaranma tarixi ilə əlaqədar filial direktoru Vüqar Adıyev bunları bildirdi: ?Bank of Baku 14 fevral 1994-cü ildə məhz ?Azneft?də yaradılıb, sonradan 2002-ci ildə ?Azneft? filial statusunu alıb və beləliklə də, bizim ilk filiallarımızdandır. Buna görə biz bir növ nümünəvi filial kimi bir mövqe tuturuq, çalışırıq ki, daim öndə olaq, bütün yenilikləri ?Azneft? filialında sınaqdan keçirək. Məsələn, müştəri məmnuniyyətini artırmaq məqsədilə ilk yerində kredit rəsmiləşdirmə layihəsini ? bank nümayəndəsi tərəfindən kreditin mağazada, müştəri banka gəlmədən rəsmiləşdirilməsini ?Azneft? filialında həyata keçirmişik?. Direktorun sözlərinə görə, ?Azneft? filialının yerləşdiyi məkanda digər bankların da filialları fəaliyyət göstərir: ?Bu gün mənim üçün çox sevindirici bir haldır ki, sıx rəqabət olan bir ərazidə biz müştərilərimizi həm saxlaya bilmişik, həm də ki, onların sayını artırmışıq. Məncə, bu, ?Azneft? filialının ən böyük nailiyyətlərindəndir. Bununla yanaşı, filialın yerləşdiyi prospektdə gedən təmir işlərini nəzərə alaraq bəzən şəhərdən filiala gəlmək bir sıra problem doğurur. Amma bu çətinliklərə baxmayaraq, bizim müştərilər yenə də bizə sadiq qalaraq məhz bizə müraciət edirlər, Bank of Baku-ya loyallıq göstərib digər banklara üz tutmurlar, daim bizimlə işləyirlər. Qeyd etmək istərdim ki, kollektivin müştərilərlə qurduğu sıx ünsiyyət və bizim ?Sizə yaxın bankçılıq? prinsipimiz burada böyük rol oynayır. Gün ərzində bizim orta hesabla 300-ə qədər müştərimiz olur, aktiv müştərilərimizin ümumi sayı isə 10 mindən çoxdur. Bizim əhatə dairəmiz əsasən Səbayıl və Nəsimi rayonunun bir qismini əhatə edir və həmin ərazidə Bank of Baku-nun ?Azneft? filialından başqa digər filialları da xidmət göstərir. Burada əsas odur ki, müştərilərimiz ?Azneft? filialına da olmasa, Bank of Baku-nun başqa filiallarına müraciət etsinlər və beləliklə, bizim bankın müştəriləri olaraq qalsınlar?. Bankdaxili statistikaya əsasən, ?Azneft? filialının müştəri kütləsinin böyük qismi nağd pul kreditlərinə üstünlük verir və bu da onu göstərir ki, filialın nağd pul satışı kifayət qədər yaxşı gedir. Nəticədə, ?Azneft? filialı Bank of Baku-nun digər filialları ilə müqayisədə istehlak nağd kreditlərinə görə 3-cü yerdə qərarlaşıb. 31 may 2011-ci il tarixinə olan göstəricilərə əsasən, filialın kredit portfelinin həcmi 7,650 mln manata çatıb, depozit portfelinin həcmi isə 4 mln manatı ötüb. Müştərilərin ümumi sayı 16 mindən çoxdur. Filialın 9 illiyi ilə əlaqədar iyun 1-i bütün müştərilərə şirniyyat, xidmət olunan hər 9-cu müştəriyə isə korporativ hədiyyələr təqdim olunmuşdur. Xatırladaq ki, ?Azneft? filialı Bakı şəhəri, Neftçilər prospekti, 65, ünvanında xidmət göstərir. Bank of Baku-nun fəaliyyəti haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən ?Onlayn-məsləhətçi? xidmətinə müraciət edərək əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA