Azərbaycanda ilk dəfə: Bank of Baku-dan kredit borcunun onlayn ödənizi

img

01-06-2011 [10:36]


Hər zaman müştərilərinin məmnuniyyəti üçün çalışan Bank of Baku bu dəfə də onların vaxtına qənaət etmək məqsədilə rahat və etibarlı ödəniş üsulu işləyib. Belə ki, yeni xidmətdən istifadə etmək üçün banka gəlməyə heç bir ehtiyac yoxdur, sadəcə İnternet vasitəsiləhttps://www.e-bankofbaku.com/creditpayment.jspOnlayn Kredit Ödənişi internet səhifəsinə daxil olubaşağıdakı məlumatlarıqeyd etmək lazımdır: ? Hesab vəşəxsiyyət vəsiqəsininnömrəsini ? Kredit kart məlumatlarını ? Ödəniləcək məbləği ? Təhlükəsizlik kodunu Bu məlumatlar yerləşdirildikdən sonra sistem kart məlumatlarının doğruluğunu yoxlayıb ödənişi həyata keçirməyə cəhd göstərir. İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır. Diqqəti cəlb etmək üçün səhvlər qırmızı rəngli paneldə, sorğu uğurla keçərsə, nəticə yaşıl rəngli paneldə əks olunur.Qeyd etmək lazımdır ki, ödənişlər zamanı müştəridən heç bir əlavə komisyon haqq tutulmur. Bank of Baku-nunyeni onlayn kredit ödənişiartıq İnternet istifadəçilərinin xidmətindədir. Sistemin təhlükəsizliyi beynəlxalq standartlara cavab verir və ötürülən məlumatların şifrələməsi SSL protokollarının beynəlxalq sertifikasiyası üzrə liderlərdən biri olan thawte kompaniyasının sertifikatı ilə təsdiqlənib. Bank of Baku-nun fəaliyyəti haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən ?Onlayn-məsləhətçi? xidmətinə müraciət edərək əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA